İcra başçısına ittiham: Hərbi hissəyə gedən yolun pulunu mənimsəyib!
Gədəbəydən yeni məlumatlar yayılıb. Məlumat verən mənbə icra başçısı Ramiz Yediyarova qarşı mənimsəmə iddiaları ilə çıxış edib.
Mənbə bildirir ki, Gədəbəy-Saratovka yolunun yenidən qurulması üçün dövlət büdcəsindən vəsiat ayrılsa da, bu günə qədər yol təmir olunmayıb. Yolun asvalt örtüyü qaşınıb və 2 ildi ki, bu vəziyyətdə saxlanılıb. Mənbə iddia edir ki, dövlət büdcəsindən ayrılan vəsait Ramiz Yediyarov tərəfindən mənimsənilib. Elə buna görə də yol bu günə qədər təmir olunmayıb.
Yolu bu vəziyyətdə saxlayan Ramiz Yediyarovun xüsusi bəhanəsi var. Guya burdan Gədəbəyə su xətti çəkiləcək. Ondan sonra isə yol təmir olunacaq. Amma nə hikmətdisə, nə su xətti çəkilir, nə də yol. Bu kənddə hərbi hissənin yerləşdiyini nəzərə alsaq, yolun nə qədər böyük əhəmiyyətə sahib olduğu anlaşılar. Amma deyəsən Ramiz Yediyarovu nə hərbçilərin, nə də ki, sakinlərin çəkdiyi əziyyət maraqlandırır.
Məlumat verən mənbə bildirir ki, Ramiz Yediyarov təkcə Gədəbəy-Saratovka yolu üçün yox, rayonun kəndlərinə gedən yolların təmiri üçün də dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib. İcra başçısı bu günə qədər heç bir kənd yolunda təmir işləri apartdırmayıb. Amma İcra Hakimiyyətinin hesabatlarında bir çox kəndlərə yeni yolların çəkildiyi, bir çoxlarının təmir olunduğu göstərilib.
Mənbənin sözlərinə görə, Ramiz Yediyarovun ölkənin bir çox yerində evləri, vilları var. Onun Novxanıdakı villasının qiyməti bir neçə milyon manatdır. (Qaynarinfo.az)