Direktorlardan 7-18 min manat arasında pul yığmaları tələb olunub
Azərbaycanda təhsil sistemini bazara döndərən Mikayıl Cabbarov, artıq onu Maliyyə Nazirliyinin də gəlir yerinə çevirib. Hələ Hesablama Palatasının da bir ayrı bazar açdığını nəzərə alsaq, bu gün ölkədə nəinki təhsilin, hətta müəllim işləyənlərin varlığına belə şükr etməliyik. Çünki bu qədər basqı, tələbetmələr, aldığı maaşları əlindən almaların hamısı yekunda onun həyatına, psixologiyasına təsir edir.
Maliyyə Nazirliyinin Regional Maliyyə Müfəttişliyi artıq Şəmkir rayon Təhsil Şöbəsində ciddi şəkildə yoxlamalara başlayıb. Daha doğrusu, burada «ciddi» sözünü tələb olunan pul yığılana kimi göstərilən sifət kimi başa düşülməlidir.
Tanınmış politoloq, «Qərb-Şərq» Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sosial şəbəkələrdə yaydığı məlumata görə, hal hazırda Şəmkir rayonunda işçilərinin sayından asılı olaraq, məktəblərə 7-18 min manat arasında məbləği toplayaraq, vermələri tapşırılıb. «Amma ən acınacaqlısı hələ bu deyil və heç insanlara bu pulun hansı məqsədlə toplandığının izah edilməməsi də deyil. Ən acınacaqlısı pulu ödəyənlərin mütləq əksəriyyətinin onun kimə, niyə və nəyə görə toplandığını belə soruşmamasıdır».
Ərəstun Oruclunun dediyinə görə, Şəmkirdə pul yığılmasını olduqca maraqlı şəkildə «əsaslandırırlar». Onun sözlərinə görə, bu yığımın gah FORMULA-1 üçün, gah ha orduya yardım məqsədiylə toplandığı bəhanələri gətirilir.
Şəmkirdə təhsil işçilərindən pul yığılması prosesi sıra Maliyyə Müfəttişliyinin əməkdaşlarını yola salmaq üçündür. Belə böyük rəqəmin alınmasının səbəbi isə orta məktəblərdə maliyyə yeyintilərinin çox olması, direktor və Təhsil Şöbəsinin müdirinin prosesdən qazanclı çıxmaq istəkləridir. Bu səbəbdən də bütün ağırlıq müəllimlərin üzərinə düşməli olub.jam.az