Biz qanuninfo.az olaraq İmişli Rayon Təhsil Şöbəsində olduq və ordakı işlərlə bağlı araşdırma apardıq
İmişli Rayon Təhsil Şöbəsində işləyən bir neçə işçiylə ünsiyyətdə olduq. Onlar bu şöbədə də hər bir işin öz qaydasında olduğunu bildirdilər. Şöbədə işçilərə çox yaxşı münasibət göstərirlər. Ramiz Əmirov İmişli Rayon Təhsil Şöbəsinə müdir gəldikdən sonra demək olar ki, şöbədə işlər daha da yaxşılaşdı. Ramiz müəllim İmişli Rayon Təhsil Şöbəsinə gələn gündən buradakı özbaşınalıqları görərək bütün nöqsanları aradan qaldırıb. Daha sonra biz İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun yanına getdik. Ramiz müəllim sağolsun bizi çox gözəl qarşıladı.
qanuninfo.az olaraq Ramiz müəllimlə həmsöhbət olduq. Ramiz müəllim, “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi:
“Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”.
Ramiz müəllim sonra qeyd etdi ki, bildiyiniz kimi, 2015-ci il tarixə qovuşub. 2015-ci ildə bütövlükdə rayonumuz üçün növbəti uğurlu bir il olmuşdur. Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Rayonumuzun bütün ərazisində quruculuq və abadlıq işləri aparılır, yollar çəkilir, məktəblər və səhiyyə ocaqları tikilir, həmçinin digər tədbirlər həyata keçirilir. Bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin düzgün olduğunun şahidi oluruq, çünki xalqımız sülh və əminamanlıq şəraitində yaşayır.
Ramiz müəllimlə söhbətimizi yekunlaşdırıb, birlikdə rayonda bəzi məktəblərə üz tutduq. Şagirdlərlə, müəllimlərlə və rayon camaatıyla həmsöhbət olduq. Onlarda qeyd etdilər ki, bəli Ramiz Əmirov İmişli Rayon Təhsil Şöbəsinə müdir gəldikdən sonra, şöbədə köklü dəyişikliklər oldu. Əvvəlkilərdən fərqli olaraq şöbədə hər bir iş uğurla görülür. Ramiz müəllimlə bağlı bütün yazılanlar şantaj xarakterli yazılardır. Kimin ağlında nə sual varsa gəlsinlər rayona və burdakı işləri görsünlər sonra vicdanlı şəkildə yazılarını yazsınlar.
Bəli biz qanuninfo.az olaraq İmişli Rayon Təhsil Şöbəsindəki işlərlə tanış olduq. İşçilərin və rayon camaatının da dedikləri kimi Ramiz müəllim İmişli Rayon Təhsil Şöbəsinə gəldiyi gündən doğrudanda şöbədə bütün nöqsanları aradan qaldıraraq böyük işlər görüb. Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Ramiz müəllimin üzünü və İmişli Rayon Təhsil Şöbəsində gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.