Ekspert hotel sahiblərini daha imkanlı turistlərə üstünlük verməyə çağırıb
Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TURSAB) rəhbəri Başaran Ulusoy hotellərə “hər şey daxildir” sistemindən imtina etməyi məsləhət görüb.
Anadolu agentliyinin məlumatına görə, Ulusoy bildirib ki, bu sistem əsasən ailəvi istirahət edənlər üçün nəzərdə tutulub.
O qeyd edib ki, xərclərinin daima artmasına baxmayaraq, “hər şey daxildir” sistemi ilə işləyən hotellər qiymətləri qaldıra bilməzlər. Ekspert “hər şey daxildir” sisteminin Türkiyə turizm sahəsinə böyük zərər vurduğunu əlavə edib.
TURSAB-ın başçısının fikrincə, ölkədə bu sistem ilə işləyən hotellərin sayını tədricən azaltmaq lazımdır. B.Ulusoy hotel sahiblərini daha imkanlı turistlərə üstünlük verməyə çağırıb.