İlin əvvəlindən dünyada 40 jurnalist qətlə yetirilib

İlin əvvəlindən dünyada 40 jurnalist qətlə yetirilib PEC jurnalistlərin müdafiəsini gücləndirməyə çağırır

2016-cı ilin əvvəlindən dünyada 40 jurnalist qətlə yetirilib.

Bu məlumatı “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı dərc edib.

Ümumdünya mətbuat azadlığı gününü qeyd edərkən PEC münaqişə zonalarında jurnalistlərin müdafiəsini gücləndirməyə və cinayətlərdə təqsirkar olanların cəzalandırılmamaları ilə mübarizəyə çağırıb, - təşkilat öz bəyanatında vurğulayıb.

Cəmiyyət hazırda münaqişə zonalarında hər ay orta hesabla 10 jurnalistin öldüyünə diqqət çəkib, bu statistika keçənilki ilə müqayisə ediləndir, belə ki, keçən il 12 ay ərzində 135 jurnalist ölüb.

PEC 2016-cı ildə “KİV nümayəndələri üçün ölümcül təhlükəli dövlətlər” sırasında isə Əfqanıstan (8 ölü), Meksika (5), Yəmən (5), İraq (3), Türkiyə (3), Suriya (2) və Pakistanın (2) adları çəkilib.

Bundan başqa, bir sıra ölkələrdə, bura Rusiya da daxildir, hər ölkədə bir jurnalist öldürülüb.

Cəzasızlıq isə Meksika və Qondurasda dəhşətli dərəcədədir. Braziliya və Kolumbiyada isə əksinə, təqsirkarların məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi işində irəliləyiş müşahidə edilir, təşkilat məlumat yayıb.

Oxşar xəbərlər