İlham Əliyev Bakıda Qlobal Forumunun rəsmi açılışında

İlham Əliyev Bakıda Qlobal Forumunun rəsmi açılışında Tədbirdə yüksək səviyyəli rəsmi şəxslər iştirak edir

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyir.

Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.

Oxşar xəbərlər