İki ölkənin liderləri diplomatik səyləri birləşdirmək qərarına gəliblər
ABŞ prezidenti Barak Obama telefon danışığı əsnasında türk həmkarı Rəcəb Tayyib Ərdoğanı qoşunları İraqın şimalından çıxarmağa çağırıb.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“ABŞ prezidenti Ərdoğanı İraq ilə münasibətlərdə gərginliyi aradan qaldırmaq üçün əlavə tədbirləri həyata keçirməyə çağırıb. Bura Türkiyə silahlı qüvvələrinin İraqdan çıxarılması daxildir.
Bununla yanaşı, ABŞ prezidenti Türkiyənin İraqın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
İki ölkənin liderləri gərginliyin aradan qaldırılması və Rusiyada qadağan edilmiş terror qruplaşması “İslam Dövləti”nə (İŞİD) qarşı hərbi əməliyyatların koordinasiyasında ABŞ, Türkiyə və İraqın diplomatik səylərini birləşdirmək qərarına gəliblər.
Bununla yanaşı, Obama Türkiyənin İŞİD ilə mübarizədə və Suriya müxalifətinin gücləndirilməsində mühüm rolunu vurğulayıb.
Dekabrın 4-də Türkiyə əsgərlərinin batalyonunun İraqın şimalında İŞİD yaraqlılarının zəbt etdikləri Mosul şəhəri yaxınlığında yerləşdirildiyi məlum olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qoşun bölmələri Başik düşərgəsində İraqın baş naziri Hayder əl-Abadinin 2014-cü ildə etdiyi xahişi ilə yerləşdirilib.
Qoşunlar zirehli texnika ilə təchiz edilib. Rəsmi missiya yerli qoşunları terrorçular ilə mübarizədə hazırlamaqdır.
İraqın XİN rəhbəri Türkiyənin bu hərəkətini müdaxilə kimi qiymətləndirib.