İdarə rəisindən 385 min manatını ala bilməyənlər Əli Şirinovun top tağıtmaz mülklərinin siyahısını açıqladılar
Məcburi köçkün Əliheydər Əliyev dövlət başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də Azadlıqın redaksiyasına ünvanlayıb. Əliheydər Əliyevin şikayəti 69 saylı yol idarəsinin rəisi Əli Şirinovdandır. Şikayətçi bildirir ki, Əli Şirinov ona və bir neçə adama toplam olaraq 385 min manat borcu var.
Lakin idarə rəisi borcunu vermək istəyir. Əliheydər Əliyev yazır: “Dərnəgül yolunun çəkilişində Əli Şirinova məxsus Biləsuvar və Qubadakı zavodlardan mal daşıyırdıq. 30-40 maşın idi. Biz pulumuzu hissə-hissə alırdıq. Lakin sonradan Əli Şirinov bildirdi ki, malı ancaq sən daşı. Pulu isə vermədi. Beləliklə, külli miqdarda borc yarandı. Mən ümid edirdim ki, Əli Şirinov pulu verəcək. Ona görə işi davam etdirirdim. Nisyə yanacaq, maşın üçün lazım olan hissələr götürmüşdüm. Amma Əli Şirinov pulu vermədi. Borclu qaldığım adamlar qapıma gəldi. Mən də məcbur qalıb maşını satdım, borcun bir hissəsini verdim.
Əli Şirinov isə pulu vermək istəmir. Bizi Samir Şərifovla hədələyir.O deyir ki, dövlət kimdir? Mən dövlət tanımıram. Bura mənim şəxsi idarəmdi. Gedin işi dövlətdən istəyin, bura mənimdir. O deyir ki, sizin kiminiz var? Mənimlə birgə daha bir neçə nəfər var. Üst-üstə bizə 385 min manat verməlidir. Amma pulu istəyəndə bizi təhqir edir, hədələyir. Oğlu Ismayıl idarə rəisidir. O da bizi hədələyir, yox elətdirəcəyini deyir”.
Şikayətçi bildirir ki, Əli Şirinov onu artıq intihar həddinə çatdırıb. Əliheydər Əliyev Əli Şirinovun biznes imperiyası barədə də faktları redaksiyamıza təqdim edib. Beləliklə, Əli Şirinovun Sabirabadda 120 hektar ərazidə qiyməti 3-4 milyon manat civarında olan parniki, Əhmədli qəsəbəsində qiyməti 2 milyon manat dəyərində idman zalı, Xırdalanda beton zavodu, Hacıqabulda 100 hektar torpaq sahəsi, Istanbulda, Antalyada, Bodrumda 25-ə yaxın evi, Bakıda 40-50 villası, Biləsuvarda, Siyəzəndə, Hövsanda və Əhmədlidə zavodları var.
Bundan başqa şikayətçi iddia edir ki, Əli Şirinov dövlət layihələrində külli miqdarda pul mənimsəyib. Məsələn, Dərnəgül yolunun çəkilişində, 40 milyon, Şamaxının Padar kəndində çöl yolunun çəkilişində 25-30 milyon pul vəsait mənimsənilib. Bundan başqa Əli Şirinov Gəncədə məcburi köçkünlər üçün tikilən evlərdən 20-30 mənzil ələ keçirib. Əli Şirinovun 15 daş karxanasının, Hacıqabulda xalça sexininin, Dəvəçidə parniklərinin, maşın salonlarının olduğu da iddia edilir.
Əliheydər Əliyevin dedikləri ilə bağlı Əli Şirinovun da mövqeyini öyrəndik. O, şikayətçinin dediklərinin böhtan olduğunu bildirdi: “Onun dedikləri tamamilə yalan və böhtandır. Bizim heç kimə borcumuz yoxdur.Əgər istəyirsinizsə, özünüz də araşdırın. Əksinə bu adam bizim hesabımıza maşın alıb, ev tikib. Ondan soruşun ki, o maşını necə almısan, evi necə tikmisən. Mənim oğlum onu hədələmir, əksinə o, oğluma zəng vurub deyir ki, görün sizin başınıza nə oyun açacam. Biz hətta bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmək fikrimiz var. Mən bir dəfə onu həbsdən qurtarmışam. Amma o, mənə böhtan atır ki, guya borcum var. Adam danışanda həqiqəti danışar. Həqiqət isə bundan ibarətdir ki, o, deyir ki, mənə iş verin. Deyir ki, mütləq mənim maşınım işləməlidir. Iş isə yoxdur. Əmlak barədə dedikləri də yalan və böhtandır. O sadəcə bizi şantaj edir”.