Bakının mərkəzində sahibkar güllələndi - YENİLƏNİB

Bakının mərkəzində sahibkar güllələndi - YENİLƏNİB Sahibkarı öldürən şəxs polisə təslim oldu

Daxili İşlər Nazirliyi Bakı baş vermiş qətlə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumata görə, hadisə Martın 5-də Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birində baş verib.

Belə ki, Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən güllənənib. O, aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu RPŞ-yə gələrək təslim olub.

O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib. Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

11:12

Bakının mərkəzində qətl hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “MM” çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.

Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb.

V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “MM” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu rayon Polis İdarəsinə təhvil veriblər.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

11:02

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə paytaxtda yerləşən “Odlar Yurdu” çay evində qeydə alınıb.

Çay evinin müştərilərindən Vüqar Şirinov odlu silahdan digər müştəri Murad Qubadova atəş açıb.

Xəstəxanaya yerləşdirilən M.Qubadov orada ölüb.

Hadisəni törədən V.Şirinov hadisə yerindən qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər