Balaseyid Əliyev: «Aqşin Qafurov məni və ailə üzvlərimi həbs etdirəcəyi ilə hədələyir, deyir ki, arxasında Əjdər Ol durur»
Göyçay rayonu, Natəvan küçəsi ev 7, mənzil 52 ünvanında yaşayan Balaseyid Əliyev həyatının təhlükə qarşısında olduğunu deyir. Bu barədə jam.az-a məlumat verən sözügedən şəxs qeyd edir ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Aqşin Qafurovun barəsində bir neçə müddətdir gedən rüşvət alma, korrupsiya faktlarını əks etdirən video görüntülərdən sonar, o, daha da azğınlaşıb. «Bu adam məni və ailəmi təhdid edib. Belə ki, həmin video görüntülərin birini mən çəkməyə məcbur olmuşdum. Anadangəlmə beyin iflici xəstəsi olan nəvəm Əliyeva Xədicə Kamil qızına əlilik dərəcəsi təyin edilmişdir. Buna dair sənədin verilməsi üçün Göyçay rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində məndən rüşvət istənildi. Kasıbçılıqla dolanırdım, məcbur olub borc edib həmin rüşvəti aparıb onlara verən zaman bunu videolentə aldım. Bu videolent mətbuatda nümayiş etdiriləndən sonar, direktor Aqşin Qafurov və Esmira adlı əməkdaşı işdən çıxarıldı. Ancaq əsil korrupsioner Aqşin Qafurovu cinayət məsuliyyətinə cəlb etmədilər. Hansı ki, ortada olan 3 videoçəkiliş əsas verir ki, Aqşin Qafurov, Fuad Seyidov və Esmira xanım cinayət məsuliyyətinə cəlb edilib, həbs edilsinlər».
Balaseyid Əliyev jam.az-a bildirir ki, əslində məsələ araşdırılmalıdır. «Niyə araşdırılmadı ki, Esmira xanım məndən nə üçün rüşvət alııb? Oranın əməkdaşı Fuad Seyidovun anası başqalarına məxsus sosial yardım kartları ilə bankomatdan pullar necə çıxarır? Aqşin Qafurov minlərlə baş qoyun sürüsünü, milyon manatdan çox qiyməti olan villaları haradan əldə edib? Azyaşlı uşağı qanunsuz əməyə nə üçün cəlb edib?»
Göyçay sakini bildirir ki, Aqşin Qafurov işdən çıxarılsa da, kabinetini boşaltmayıb. «Həttda yaxınlarına deyib ki, mənim arxamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Əjdər Ol dayanıb. Pulumu vermişəm, yaxın günlərdə yeni yaradılacaq mərkəzə müdir təyin ediləcəm. Mənə isə hədə göndərib ki, «səni həbs etdirəcəm, biz böyük nəsilik». Mən indi qorxu içərisində yaşayıram».
Qarşı tərəfi də dinləməyə hazırıq.