Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı

Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlandı Boyanka Kostovanın “Rio-2016”-da iştirakı sual altına düşüb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.

Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.

Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalina (Ukrayna) da eyni aqibətlə üzləşib.

İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar bütün 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvaqif cəza tədbiri görüləcək və dərc olunacaq.

Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.

Qeyd edək ki, Boyanka Kostova “London-2012”-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.

Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.

Oxşar xəbərlər