Hazırda neft hasilatçıları, əsasən də iqtisadiyyatı neftdən asılı olan ölkələr dünya bazarında qiymətlərin yüksəlməsi ilə bağlı səylərini artırırlar
Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban OPEK-in neft hasilatının artırılmaması ilə bağlı təklifinə Azərbaycanın da qoşulmasını Axar.az-a şərh edərkən deyib. Ekspert Azərbaycanın bu addımını müsbət qiymətləndirib: “Bu yöndə artıq fevralın əvvəlindən etibarən Rusiya və Səudiyyə Ərəbistanı əsas addımı atıblar. Hər iki ölkə hesab edir ki, hasilatın 2016-cı il 12 yanvar səviyyəsində saxlanılması bazara müsbət təsir edəcək. Bir sıra ölkələr də bu qərarı dəstəkləyiblər. Həqiqətən də bundan sonra bazarda neftin qiyməti artmağa başlayıb. Hazırda isə Rusiya OPEK və qeyri-OPEK ölkələrinin toplantısını çağırmağı planlaşdırır. Bu toplantının əsas məqsədi hasilatın 2016-cı ilə yanvar səviyyəsində dondurulmasının deklarasiya, yəni bəyannamə formasında imzalanmasıdır. Çünki bu qərar birbaşa bazara öz töhfəsini verəcək. Martın əvvəlində OPEK də hasilatın azaldılması ilə bağlı qərar verib. Ötən cümə günü Rusiyanın Energetika naziri Aleksandr Novak bu məsələ ilə bağlı Qazaxıstan və Azərbaycana səsləndi. Azərbaycanın belə bir prosesə qoşulması o deməkdir ki, Bakı dünya bazarında neftin qiymətinin artırılmasına öz dəstəyini verir. Rəsmi Bakının prosesə qoşulmasını çox müsbət dəyərləndirirəm. Çünki Azərbaycan hələ ki, neft ölkəsidir və biz öz qazancımızı düşünməliyik”. Qeyd edək ki, OPEK-ə üzv ölkələrin digər neft hasil edən dövlətlərlə növbəti görüşünün martın 20-dən aprelin 1-nə qədər Moskvada keçirilməsi və bu görüşdə Azərbaycanın da iştirakı gözlənilir. Rusiyanın Energetika naziri Aleksandr Novak hər iki ölkəni OPEK-in hasilatı dondurmağa dair təklifinə qoşulmağa çağırıb. Ötən gün isə Azərbaycan neft hasilatını artırmamaq təklifini dəstəklədiyini rəsmən açıqlayıb.