“Bu əqidənin, məqsədin nəticəsidir”
Martın 5-də “Bədən tərbiyəsi və idman günü” qeyd edilib.
Bu münasibətlə bütün idmançılarımızı, Azərbaycan idmanına öz töhfəsini verən şəxsləri təbrik edirik.
Təbii ki, bu sahədə böyük rolu olan şəxslərdən biri də “Şöhrət” ordenli, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovdur.
Firdovsi Umudov Azərbaycanın təbliğatı, idmanın, xüsusən də güləşin inkişafı üçün xeyli işlər görüb. Onun dəfələrlə dünya, dəfələrlə Avropa və olimpiya çempionlarımızın yetişməsində böyük əməyi olub. Elə buna görə də əməkdar məşqçinin uğurları təkcə ölkə hüdudlarında deyil, xaricdə də tanınır. Belə ki, F.Umudov 2012-ci ildə “Düyanın ən yaxşı məşqçisi” adına layiq görülüb.
Qeyd etmək yerinə düşər ki, dünyanın ən yaxşı məşqçisi adına layiq görülən yeganə azərbaycanlıdır.
Onun əqidəsinin, məqsədinin arxasında vətənpərvərlik, xalqına sevgi, dövlətə və dövlət başçısına bağlılıq prinsipi dayanır.
Bu əqidənin, məqsədin nəticəsidir ki, sərbəst güləşçiilərimiz dünya və Avropa arenalarında dəfələrlə bayraqlarımızı dalğalandırıb, himnizimiz səsləndirib.
Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, “biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.
Xatırlatma...
Firdovsi Umudov məşqçilikdən əlavə idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir.
2005-ci ildən isə Azərbaycanən sərbəst güləş üzrə milli komandasında çalışır. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın “Ən yaxşı məşqçi”si adına layiq görülüb.
2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.
Həmçinin F.Umudova keçən il polkovnik-leytenant rütbəsi verililib.
Maraqlı bir faktı da diqqətinizə çatdıraq ki, linkdəki videoya sərbəst güləş üzrə yığma komananın böyük məşqçisi F.Umudov haqda müsbət rəylər tək azərbaycanlılardan gəlməyib. Yaponiyadan və İspaniyadan da Umudov üçün xeyli sayda müsbət fikirlər yazılıb.