Şarapovada dopinq aşkar olunub

Şarapovada dopinq aşkar olunub “Mən azərkeşlərimin və ailəmin etimadını doğrulda bilmədim”

Məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib.

Bu barədə məlumat tenisçinin rəsmi saytında yerləşdirilib.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib. Mən azərkeşlərimin və ailəmin etimadını doğrulda bilmədim. Mənim qanımda meldoniy preparatı aşkar edilib. Preparat 2016-cı ilin yanvarında qadağan edilib, bu barədə bildmirdim. Bu mənim səhvimdir və mən tam məsuliyyət daşıyıram”, - Şarapova deyib.

Qadın tennis assosiyasiasının reytinqində Şarapova 7-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər