Ailəlidir, 4 övladı var
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.
Bu vəzifəyə Oqtay İbrahimov təyin edilib.
Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Bu il isə onun 170 min dollar rüşvət aldığı iddia olunub.
Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib.
1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” fəxri adı ilə təltif edilib.
1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarixilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.
Ailəlidir, 4 övladı var.