Vəkil açıqlama verib
Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmayıb.
Bunu APA-ya açıqlamasında A. Çovdarovun vəkili Sadiq Rəsulov deyib.
O, bildirib ki, A, Çovdarovun həbs müddəti hələ başa çatmayıb və onunla bağlı mətbuatda yayılan informasiyaların əsası yoxdur.
Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilərək barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.