Nazir müavini açıqlama verdi
Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımı təxminən 3,7 milyon nəfəri əhatə edəcək. Bu isə bizim əhalinin 30%-ni təşkil edir.
Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev ANS TV-yə müsahibəsində bildirib.
“Büdcə təşkilatlarında artıq 620 mindən artıq insan çalışır, 1 milyon 300 minə yaxın pensiyaçımız, 500 minə yaxın ünvanlı sosial yardım alan şəxslər var. Qaçqınları da götürsək təxminən 3,7 milyon nəfərin əmək haqları artırılacaq”.
O, məbləğin hesablanması məsələsinə də aydınlıq gətirib:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublikanın rayonlarında monitorinq qrupları təşkil edib. Minimum istehlak səbətinə daxil olan məhsullar üzrə bu qiymətlər bizim monitorinq qruplarımız tərəfindən qeydə alınır.
Məlumatlar müvafiq qaydada toplanır. Şübhəsiz biz bu prosesi ayın sonuna kimi davam etdirəcəyik. Məlumatlar icmallaşdırıldıqdan sonra, devalvasiyanın müvafiq təsirlərini qiymətləndirəcəyik.
Burda vacib məqamlardan biri də ondan ibarətdir ki, istehlak səbətinə daxil olan məhsulların müəyyən bir qismi idxal olunan məhsullardır. Bunlar arasında xüsusilə kərə, bitki yağı və s. məhsulları qeyd etmək olar.
Bunların qiymətində artım şübhəsiz istehlak səbətinə yenidən baxılması məsələsini ortaya qoyur. Məbləğ bu təsirlər əsasında müəyyən ediləcək”, - deyə nazir müavini müsahibəsində qeyd edib.