“Zabitlərin istəklərinə boyun əyməyən çoxlarının aqibəti belə olurdu”
Ermənistanda benzin oğurlayan zabitlərlə münaqişə üstündə əsgəri başından vurdular.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni ordusunda benzin oğurluğu faktına dair məlumatının olmadığını bəyan edib.
Ohanyan bu barədə bir müddət öncə ölən hərbçi Ovannes Petrosyanın atasının, oğlunun zabitlərin benzin oğurluqlarının qarşısını almaq istədiyi zaman qətlə yetirildiyi iddiasına cavab olaraq deyib.
Nazir vurğulayıb ki, hadisəni araşdırarkən səlahiyyətli orqanlar intihardan qətlə qədər bütün versiyaları nəzərdən keçirəcəklər. Bununla yanaşı, Ohanyan benzin oğurluğu faktına dair məlumatının olmadığını bəyan edib.
2016-cı ilin aprelin 25-də İcevan kəndində yerləşən hərbi hissələrdən birində müddətli xidmətdə olan 18 yaşlı hərbçi Ovannes Petrosyanın başından iki güllə ilə vurulmuş cəsədi aşkar edilib.
Ovannesin cəsədi “QAZ-66” markalı maşında aşkar edilib. Ovannesin atası Vaçik Petrosyan bəyan edib ki, hadisədən bir neçə gün öncə oğlu ona hərbi hissənin zabitləri ilə mübahisəsindən danışıb. Mübahisəyə səbəb isə əsgərin onlara benzin oğurlamağa icazə verməmələri olub.
“Oğurluq hadisələrinin qarşısını almaq üçün Ovannes, ona tapşırılan yanacaqdoldurma məntəqəsini açarla bağlayırdı. Belə ki, mütəmadi olaraq oradan yanacaq oğurlanırdı. Oğlumu zabitlər intiqam almaq üçün öldürüblər. Bunun intihar yox, düşünülmüş qətl olduğundan əminəm. Zabitlərin istəklərinə boyun əyməyən çoxlarının aqibəti belə olurdu. Düşünürəm ki, həmin uşaqların valideynləri məni anlayar”, - o bildirib.