Masallıda saxta pulla benzin aldılar

Masallıda saxta pulla benzin aldılar DİN məlumat yaydı

Masallıda yanacaqdoldurma məntəqəsinə saxta əskinas verən şəxs saxlanılıb

qanuninfo.az-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxşar xəbərlər