Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı rayonunda bu rayonun və Abşeron, Qubadlı rayonlarının, Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsasən məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, pensiya təminatı, mənzillə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edən müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Vətəndaşların bir hissəsinin müraciətlərində qaldırdıqları məsələlərin həlli təmin olunub. İş yerləri ilə təmin edilmək üçün müraciət edən şəxslərə yaşadıqları ərazi üzrə boş (vakant) iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslərin nazirliyin bərpa müəssisələrində bərpa müalicəsinə cəlb edilməsi, ayrı-ayrı vətəndaşların əmək hüquqlarının təmin olunma vəziyyətinin araşdırılması tapşırılıb. Digər müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində ardıcıl və məqsədyönlü işlərin aparıldığını vurğulayıb: "Ötən il və cari ilin keçən dövründə 385 nəfərə, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlilinə, 205 şəhid ailəsinə nazirlik tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillər verilib. Bu proses respublikanın bütün bölgələrini, o cümlədən hazılrda sakinlərini qəbul etdiyimiz şəhər və rayonları da əhatə edir. Qarşıdakı dövrdə də bu işlər davam etdiriləcək".
Qəbul zamanı S.Müslümov ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlərin bu sahənin tam elektronlaşdırılmasına, yardım təyinatında müasir və şəffaf mühitin formalaşmasına aid olduğunu vurğulayıb: "Artıq iki aydan çoxdur ki, istifadəyə verdiyimiz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və onlara baxılaraq qərar verilməsi prosesi tam avtomatlaşdırılmış şəraitdə aparılır. Bu prosesdə məmur iştirakı qətiyyən mümkün deyil və artıq kimə yardım təyin olunub-olunmaması məhz elektron sistem tərəfindən şəffaf şəkildə müəyyən edilir. Sadəcə olaraq, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edən vətəndaşlar Ərizə-bəyannamədə öz ailələrinin tərkibi, gəlirləri və əmlakları barədə düzgün, dəqiq məlumatlar verməlidirlər".
Nazir əlillik təyinatının da elektron infrastrukturunun formalaşdığını, o cümlədən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurunun artıq avtomatlaşdırılmış şəraitdə aparıldığını qeyd edib. S.Müslümov bu amillərin, habelə ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin uzadılmasının, birinci dərəcə əlilliyin müddətsiz təyin olunmasının bu sahədə məmur-vətəndaş təmaslarını dəfələrlə azaltdığını, eyni zamanda müvafiq sahə ilə bağlı müraciətlərin azalmasına da səbəb olduğunu bildirib.
Qəbula gələn vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirlməsi, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.