ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır.
Xidmət əlilliyi olan şəxslər üçün cəmiyyət həyatının bütün sahələrində iştirak etmək imkanının, öz fərdi qabiliyyət və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi doğuran səbəblərin aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və həmin siyasəti həyata keçirir. Tibbi-sosial ekspert komissiyaları (TSEK) vasitəsilə tibbi-sosial ekspertiza keçirərək, əlilliyinin qiymətləndirilməsi əsasında şəxsin sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən Xidmət əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı müvafiq proqramların hazırlanması və həyata keçirilməsini təmin edir. Bütün bu işlərin həll olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəisi İlqar Qurbanovun sağ əli İlkin müəllimin də gərgin işi sahəsində uğurla icra olunur.
Əlillik müayinələrinin elektron göndəriş formaları ümumi elektron informasiya sisteminə inteqrasiya edilir.
Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov bölgələrdə əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğunlaşdırılması sahəsində işlərin davam etdirildiyini bildirib. O, hazırda nazirliyin nəzdində 38 regional TSEK-in fəaliyyət göstərdiyini və son bir ildə onların iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Xidmət rəisi bildirib ki, artıq 31 bölgə üzrə TSEK-lər müasir iş şəraiti ilə təmin edilib. TSEK-lər və nazirliyin eyni region üzrə digər yerli qurumlarının bir binada yerləşdirilməsi vətəndaşlara sosial müdafiə, məşğulluğun və əmək hüquqlarının təminatı, tibbi-sosial ekspertiza üzrə əlaqəli iş şəraitində eyni məkandan xidmətlər göstərilməsinə imkan yaradır. Habelə bu sahə ilə bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalaraq minimuma enib.
İlqar Qurbanov tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi yönündə aparılan işlərdən danışıb. “Ölkəmizdə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron informasiya sistemi yaradılıb və bu sistem vasitəsilə əlilliyə dair məlumatların aidiyyəti qurumlar arasında elektron qaydada mübadiləsi təmin edilib. Hazırda həyata keçirilən islahat tədbirləri əlilliyin təyinində məmur-vətəndaş münasibətlərinin daha da azalması ilə nəticələnəcək”.