“Kimsəsiz qızların işlə təmin olunması üçün dövlət qarşısında məsələ qaldırılacaq”
Bu barədə AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H. Hüseynova bildirib ki, hazırda komitə qarşısında duran əsas məsələ onların dövlət tərəfindən işlə təmin olunmasıdır: “Komitə kimsəsiz qızların işlə təmin olunması üçün fəaliyyətini davam etdirir. Bu istiqamətdə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, icra hakimiyyətləri ilə sıx əməkdaşlıq qurmuşuq. Hesab edirik ki, onların iş yerləri olsa, sonradan özləri üçün kirayə evlər də tuta bilərlər”.
Komitə sədri qeyd edib ki, kimsəsiz qızlar üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi tapşırığı ilə mənzillər tikilib: “Fond onlara iş yerlərinin təşkil olunması üçün köməklik göstərir. Ona görə də burada ciddi problem görmürəm. Çünki, bu istiqamətdə işlər gedir.
Nazirlər Kabinetində prezident İlham Əliyevin tapşırığı ilə monitorinq qrupu yaradılıb. Onlar bütün uşaq müəssisələrini yoxlayırlar, harada problemlər varsa, operativ formada həll olunur”, - deyə H. Hüseynova vurğulayıb.
Qeyd edək ki, AzVision.az bir müddət əvvəl internat məktəblərini bitirən kimsəsiz uşaqların həyatı ilə bağlı REPORTAJ hazırlayaraq onların acınacaqlı durumunu oxuculara çatdırmışdı. Təqdim etdiyimiz yazı ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.