Berdiməhəmmədov onların işində ciddi nöqsanlar aşkarlayıb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun əmri ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə, iqtisadiyyat və inkişaf naziri Yeldaş Şeripov, ticarət və yüksək iqtisadi əlaqələr naziri Bayar Abayev və vergilər xidmətinin rəhbəri Şaltık Xummedov tutduğu vəzifələrdən azad ediliblər.
Bu barədə RİA Novosti xəbər verir.
Müvafiq fərmanlar hökumətin bu ilin birinci rübündə görülən işlərinin yekunlarına həsr edilmiş geniş iclasında imzalanıb.
Qeyd edilir ki, Şeripov bu vəzifədə 2015-ci ilin iyulundan, Abayev 2010-cu ilin fevralından, Xummedov isə 2014-cü ilin yanvarından çalışırdı.