Düşmənə növbəti dəfə rədd cavabı verilib
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş və qondarma “respublikanın” qondarma “məhkəməsinin” qərarı ilə ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı Dilqəm Əsgərov növbəti dəfə separatçı rejimin rəhbərliyindən əfv istəməyib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, separatçılar bundan əvvəl də Dilqəmdən əfv olunması üçün müraciət etməsini istəmiş, lakin o zaman da rədd cavabı almışdılar.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etməyə çalışarkən erməni əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə işğalçılar tərəfindən öldürülüb. H.Həsənovun cəsədi Azərbaycana təhvil verildikdən sonra o, Bakıda dəfn olundu.
Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “Məhkəməsi” Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.