Zakir Həsənov polkovniki qovdu

Zakir Həsənov polkovniki qovdu Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu vəzifəsindən qovub

qanuninfo.az aznews.az-a istinadən xəbər verir ki, polkovnikin gözlənilmədən vəzifəsindən kənarlaşdırılmasına səbəb onun rüşvət alması barədə səhih informasiyaların verilməsi olub. Məlumata görə, leytenant rütbəsi alan kursantlar arasından uçuş heyətinə keçirmək üçün bir nəfəri seçmək lazım imiş. H.Əsgərov seçim üçün leytenantların birindən müəyyən məbləğ alaraq, ona lazım olan tibbi arayışlarla birlikdə Kadrlar İdarəsinin rəisi Elşad Niyazova təqdim edib. Rəis isə bunu qəbul etməyərək, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirova məruzə edib. Bundan sonra isə onun vəzifədən azad olunması barədə nazirə təqdimat yazılıb.

Maraqlıdır ki, polkovnikin əməllərində aşkarlanan nöqsanlarda cinayət tərkibi olsa da, bununla bağlı Hərbi Prokurorluq heç bir reaksiya verməyib. Sadəcə "Yoldaşlıq Məhkəməsi" çağırılaraq, onun nöqsanları sadalanıb və aşağı vəzifəyə təyin olunması barədə yuxarı instansiyaya müraciət ünvanlanıb.

Oxşar xəbərlər