Sifarişçinin kimliyi müəyyənləşdirilib
Sankt-Peterburqda Baş cinayət-axtarış İdarəsinin əməkdaşları şimali paytaxtdakı həmkarları ilə bərabər cari ilin yanvar ayında Özbəkistan vətəndaşını oğurlayan və ondan azadlığa buraxılması üçün 300 min rubl (3960 dollar) tələb edən etnik mütəşəkkil cinayətkar qrupun üzvlərini saxlayıblar.
Rusiya DİN-in saytı xəbər verir ki, cinayətkarlar zərərçəkənin avtomobilini mənimsəyiblər. Həmin avtomobildə kişini zorla şəhərdən çıxarıb, ondan azadlığa buraxılması üçün 300 min rubl (3960 dollar) tələb ediblər.
Girov götürülən şəxsin üzərində 55 min (726 dollar) olub. Onun üstündə olan nağd pulu əlindən alıblar. Bundan başqa, onun qardaşından 35 min rubl (462 dollar) alıblar. Daha sonra cinayətkarlar ona yazılı iltizam alaraq pulun qalan hissəsini toplamaq üçün azadlığa buraxıblar.
Özbəkistan vətəndaşı dərhal polisə müraciət edib. İnsan oğurluğu və zorla pul alınma faktı üzrə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Mərkəzi rayon Dövlət İstintaq İdarəsinin İstintaq şöbəsi tərəfindən naməlum şəxslərə dair cinayət işi açılıb.
Bir həftə ərzində polislər bu oğurluq iştirakçılarını saxlamağa müvəffəq olublar. Cinayətkarlar zərərçəkənin yerliləri və bir Azərbaycan vətəndaşı olub. Sifarişçinin kimliyi müəyyənləşdirilib. Hazırda onun tapılması istiqamətində iş aparılır.
Şübhəli şəxslər saxlanılıb. Onlar barədə istintaq tədbirləri aparılır, eləcə də analoji epizodlara aidiyyatlıqları yoxlanılır.