Ailə başçısı 5 il müddətinə azadlıqdan məhrum edilib
Sərhədi pozaraq Azərbaycana keçən Qevorkyan ailəsi Ermənistana qaytarıldıqdan sonra həbs edildi.
Bu barədə Məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb.
Ailə başçısı Yegişe Qevorkyan 5 il müddətinə, onun həyat yoldaşı Ruzanna Qevorkyan isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi bir il sınaq müddəti ilə şərti azadlığa buraxılıblar.
Qeyd edək ki, bir ailənin üzvləri olan, Ermənistan vətəndaşları Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Qevorkyan 2010-cu ilin yanvar ayında Ermənistanla Naxçıvan Muxtar Respublikası arasındakı sərhədi pozaraq Azərbaycan tərəfinə keçiblər.
2014-cü ilin dekabr ayında Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə Qevorkyan ailəsi erməni tərəfinə qaytarılıb.