“Əsəd dövləti” yaradılacaq
Türkiyənin “Yenişafak” qəzeti Suriyanın üç yerə bölünəcəyinə dair məqalə dərc edib.
Məqalə qeyd olunur ki, Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında qüvvəyə minən atəşkəs rejimi nəticə verməsə, ABŞ-ın “B” planı -Suriyanın idarə oluna biləcək şəkildə üç yerə bölünməsi planı qəbul ediləcək.
Qəzet 2012-ci ildə ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensonun öldürülməsindən sonra Ağ Ev rəhbərliyinin Suriya ilə bağlı siyasətini köklü surətdə dəyişdirməyə qərar verdiyini yazır. Belə ki, ABŞ Bəşər Əsəddən sonra bu ölkədə ABŞ-İsrail əleyhdarlarının hakimiyyətə gələcəyindən ehtiyat edir.
İddiaya əsasən, Barak Obamanın sabiq müşaviri Filip Qordonun iki il əvvəl hazırladığı “Münaqişəyə son qoymaq, mərkəzçiliyi gücləndirmək” planını Rusiya və İran da qəbul edib. Plana qarşı çıxan Suriya müxalifəti isə İŞİD və Əl-Nüsra qrupları ilə əməkdaşlıqda günahlandırılaraq havahücumları ilə məhv ediləcək.
Beynəlxalq mənbələrə görə, “Qordon planı”nı bu şəkildədir: Suriyanın şimalında PYD-nin idarə edəcəyi Kürd, Hama, Hums, Hələb və Şamı əhatə edən “Əsəd dövləti” yaradılacaq, Suriyanın qalan hissəsinə isə İŞİD nəzarət edəcək.
Suriyanın bölünməsini özündə ehtiva edən digər plan isə ABŞın Roland Corporation (RC) düşüncə mərkəzinin hazırladığı “Suriya üçün sülh” planınıdır. Həmin plana əsasən də ölkə üç regiona bölünməlidir.
Birinci region hazırkı rejim tərəfindən idarə edilən, özündə Dəməşqin cənubunu, Hums və Tartusu da əhatə etməklə Türkiyə sərhədinə uzanan ərazidir. İkinci hissə kürd bölgəsidir ki, bura Hələbin şərqindəki kürd nəzarətli zolaq daxildir. Üçüncü zona isə müxalifət qüvvələri tərəfindən idarə edilən Dera ətrafı və İdlibin mərkəzidir. Planın dördüncü - şərti hissəsi hazırda İŞİD-in nəzarətində olan və yaşayış olmayan düzənliklər, eyni zamanda Rəqqa və Palmir şəhərlərini əhatə edir. Bu bölgə İŞİD silahlıları məhv ediləndən sonra terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın idarəçiliyində olacaq.