Telefon söhbəti baş tutub
ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Rusiyanı Suriyada müxalifət qüvvələrinə zərbələri dayandırmağa çağırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
İki ölkə lideri, eləcə də Suriya hakimiyyətinə ölkə müxalifətinə hücumların dayandırılması tələbi ilə müraciət ediblər.
Onlar həmçinin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair razılığı dəstəkləyiblər.
Daha öncə Obamanın Türkiyəni Suriya kürdlərinə hücumlarını dayandırmağa çağırmasına dair məlumat yayılmışdı.