İki yaşlı oğlan ciddi xəsarətlər alıb
Ulyanovskda azərbaycanlının evini yandırmaqda ittiham olunan 45 yaşlı kollektor Dmitriy E. günahını inkar edib.
qanuninfo.az Lifenews-a istinadən xəbər verir ki, kişi iki yaşlı uşağın ağır yanıq xəsarətləri alması ilə nəticələnən hadisə ilə əlaqəsi olmadığını iddia edir.
“Mən keçmiş arvadıma və onun anasına təsərrüfat işlərində kömək edirəm. Yanvarın 24-də mən motoblokun təmiri ilə məşğul olmuşam, yağını dəyişib, benzin əlavə etmişəm. Bundan sonra mən yay mövsümündə istifadə etdiyim ikinci motoblokun təmiri ilə məşğul oldum.
Bu işləri görərkən əynimdə ekspertiza üçün dünən götürülən məhz həmin gödəkçə və idman şalvarı olub”, deyə ittiham olunan şəxs bildirib.
Bundan başqa, Dmitriy E. yanğın baş verən an evində olduğunu və yandığını iddia edir. İttiham olunan şəxs izahatını təsdiqləməyə və “yalan detektoru” adlanan poliqraf cihazı vasitəsilə yoxlamadan keçməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 27-də Ulyanovskda azərbaycanlı Hüseynovlar ailəsinin evinə “molotov kokteyli” atılıb. Nəticədə evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəddar cinayəti törətməkdə təqsirli bilinən Dmitriy. E. adlı şəxs tutulub.
Evin yandırılmasına səbəb qaytarılmamış borc olub.
Cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr Bastrıkinin şəxsi nəzarətinə götürülüb. O, cinayət işi üzrə dəqiq və hərtərəfli istintaqın aparılmasına dair xüsusi göstəriş verib.