“Müvəkkilimin bu qəbildən olan məlumatı yox idi”
Ermənistanda Azərbaycana casusluq işi üzrə təqsirli bilinən 18 yaşlı qız ittihamı rədd edib.
“Novosti Armenii”yanın müxbirinə bu barədə Diana Qoroyanın vəkili bildirib.
“Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur”, - deyə vəkil bildirib.
Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı olub. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.
Diana Qoroyan xalası qızı Karina Qumaşyanın Azərbaycanın xüsusi xidmətlərinin nümayəndəsi olan Arman ilə tanışlığından xəbərdar olmaqda ittiham edilir. Qız söhbətin məhz dövlətə xəyanətdən getdiyini bilməkdə və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.