Müdafiə tərəfi Filipin psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edir
Amerikanın Massaçusets ştatında 16 yaşlı Filip Çizm riyaziyyat müəlliməsini qətlə yetirməkdə, daha sonra isə zorlamaqda ittiham edilərək təqsirkar bilinib.
qanuninfo.az Lifenews-a istinadən xəbər verir ki, hadisə 2013-cü ildə yeniyetmənin 14 yaşı olarkən baş verib.
Filip müəlliməni məktəbin ayaqyolusunun qarşısında güdüb. Ona hücum edərək bıçaqla ən azı 16 zərbə vurub, daha sonra isə zorlayıb.
Məhkəmədə videoyazı təqdim edilib, kadrlarda üstü qan içində olan oğlanın əlində qətlə yetirilmiş müəllimənin şalvarı ilə ayaqyolundan çıxdığı görünür. Axtarışlar zamanı məktəblinin çantasından qan izləri olan maska və bıçaq aşkar edilib.
Törədilən cinayətin ağırlığı nəzərə alınaraq onu yetkinlik yaşına çatmış insan kimi mühakimə ediblər.
Müdafiə tərəfi Filipin psixi xəstəlikdən əziyyət çəkdiyini iddia etsə də, bu ittiham verdiktinin çıxarılmasına mane olmayıb. Yeniyetməyə dair yekun qərar bir müddət sonra elan ediləcək.