
"Reuters" xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri tərəfindən aparılan ekspress-tədqiqatda bildirilir.
Tədqiqat iyulun 2-də başa çatan 10 günlük dövrü əhatə edir. Həmin müddətdə Qərbi Avropada anormal istilər müşahidə olunub, İspaniyada temperatur 40 °C-ni keçib, Fransada isə meşə yanğınları baş verib.
Alimlərin hesablamalarına görə, bu ölüm hallarından təxminən 1500-ü birbaşa iqlim dəyişikliyi ilə əlaqədardır. Bildirilir ki, qlobal istiləşmə havanı daha isti və təhlükəli edib.