Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etməsini ləngidib. Məlumdur ki, Azərbaycan-Slovakiya Respublikası arasında diöplomatik əlaqələr 1993-cü ildə yaradılsa da,ikitərəfli münasibətlərin genişlənməsində Prerzident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Bu baxımdan cari il mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində olkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyənnamə” çox ciddi siyasi sənəddir və bu sənəd olkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıracaq.
Dövlət başçımız çıxışında Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı anons verib. Bununla bağlı 2023-cü ilin aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Dövlət Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma Memorandumu imzalanıb.”Həmrəylik halqası” adlanan təşəbbüs Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.
Dövlət başçımızın yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropaya digər enerji körpüsünü də salır,yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir.Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetrə çatdırılacaq.
Bundan başqa əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlardakı görülən işlərlə bağlıdır. Belə ki, Slovakiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, ”ağıllı kənd” konsepsiyası əsasında fəaliyyətlərini göstərəcəklər.
Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 2022-ci ildə 52,7 milyon dollar olub.2023-cü ildə bu daha da artıb və davamlı olaraq artmaqdadır.
Düşünürəm ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərimizin inkişafında böyük rol oynayacaq.
Bakıxanov qəsəbəsi, 96 nömrəli orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova