Türkiyənin baş naziri Sovet təbliğatını xatırlayıb
Azərbaycanın işğal edilmiş torpaqları, əsasən də Dağlıq Qarabağ üzrə bizim mövqeyimiz açıq və aydındır. Azərbaycanın işğal olunmuş bütün ərazisi azad olana qədər Türkiyə Azərbaycanı dəstəkləyəcək.
Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərindən öncə bəyan edib.
Türkiyə və Rusiya münasibətlərinə toxunan Davudoğlu SSRİ-dən misal gətirib.
“Soyuq müharibə zamanı Sovet təbliğat maşını vardı. Hər gün yeni bir yalan uydururdular, əvvəlcə özləri inanırdılar, daha sonra bütün dünyanın inanacağını gözləyirdilər. Bunlar “Pravda” yalanları kimi qiymətləndirilirdi.
Rusiyanın Sovet davranış tərzini unutduğunu düşünürdük, amma bunlar bir-bir yenidən ortaya çıxır. Ekspansiya siyasəti nəticəsində qonşularla problemlər yaşayırlar və bunları örtmək üçün təbliğat maşınından istifadə edirlər. Bu yalanlara kimsə etibar etməz”,- o bəyan edib.