“Təyyarənin vurulması barədə əmri Ərdoğanın verib-verməməsi vacib deyil”
Su-24 təyyarəsinin vurulmasının əsl səbəbi Tükiyənin İŞİD-dən neft tədarükünün təhlükəsizliyinin təmin edilməsi ola bilər.
qanuninfo.az-nun məlumatına görə, bu sözləri Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.
Putin konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini bildirib.
“Türkiyə prezidenti ilə görüşmək alınmadı. Həmkarlarımdan çoxları razdırlar ki, Su-24 təyyarəsinin vurulmasına heç bir zəruriyyət yox idi”, - Putin deyib
O həmçinin qeyd edib ki, Su-24 bombardmançısının vurulması barədə əmrin Ərdoğan tərəfindən verilib-verilməməsi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir.