Avtobus dumanlı havada qəzaya düşdü - Video - Yenilənib

Avtobus dumanlı havada qəzaya düşdü - Video - Yenilənib Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb:

“Hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb. "BakuBus"a məxsus BMC markalı 99-JU-250 dövlət nömrə nişanlı avtobusla 99-HT-975 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”.



Oxşar xəbərlər