Azərbaycan ərazisi qədim dövrlərdən həm qonşu dövlətlərin, həm də digər işğalçı dövlətlərin hücum mərkəzinə olmuşdur. Bunun əsas səbəbi ölkəmizin əlverişli coğrafi mövqeyi, təbi şəraiti, iqlimi, faydalı qazıntıları və s olmuşdur. Çətin tarixi dövrdən keçən ölkəmiz müxtəlif tarixi dövrlərdə mənfur düşmənlərin işğalı altında olmuşdur. Bu düşmənlərdən biri də XX əsrin sonlarında Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan olmuşdur. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistan, sülh təkliflərinə heç bir qarşılıq verməmiş, ən son çarə olaraq müharibə yolu ilə layiqli cavablarını almış, Arbaycan ərazisindən qovulmuşdur.
Ərazi bütövlüyümüzün qorunması hər zaman dövlətimizin qırmızı xətti olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı, ordumuzun qüdrəti və xalqımızın birliyi ilə işğal edimiş torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa edildi. Bu çoxdan gözlənilən qələbə idi.
Zəngilan şəhəri 44 günlük Vətən müharibəsinin gedişində, 2020-ci il oktyabrın 20- də düşmənlərdən azad edilmişdir. Prezident Cənab İlham Əliyevin sərəncamına əsasən 2023- cü ildən etibarən bu tarix Zəngilan Şəhəri Günü kimi qeyd edilir. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılan qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Zəngilan şəhəri 27 illik işğal dövründə erməni cinayətlərinə şahidlik etmiş, ərazisi tamamilə dağıdılmışdır. Müharibə bitdikdən dərhal sonra azad edilmiş torpaqlarəmızda sürətli yenidənqurma işləri həyata keçirilib. Bu prosses ləyihələr əsasında davam etdirilir. Yenidənqurma işlərindən dərhal sonra əhalinin öz doğma torpaqlarına köçürülməsinə başlanılmışdır. Artıq ötən ildən Zəngilanın Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Bu hadisə böyük qayıdışın başlanğıcı hesab olunur və tariximizdən heç vaxd silinməyəcək.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəbin
Tarxi müəllimi Həsənzadə Damla