Qarabağın mərkəzində yerləşən qədim Ağdam rayonunun çox hissəsi 1993-cü il iyulun 23-də 42 gün davam etmiş döyüşdə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Ağdam Zaqafqaziyanın ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. İşğal edildikdən sonra erməni vəhşiliyinin, vandalizminin ən çox özünü göstərdiyi şəhərlərdəndir. Minlərlə zəngin memarlıq abidələri, məscidlər, binalar, yollar, hətta qəbirstanlıqlar belə dağıdılmışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyasının şərtlərini kobud şəkildə pozmuş, Ağdam rayonunun coğrafi adlarını dəyişmiş, oradakı mülkiyyəti talan etmşdir. Ümumiyyətlə, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması onun təcavüzkar və işğalçı dövlət olmasının əsl göstəricisidir.
Nəhayət, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində işğal olunmuş bütün rayonlarımız geri qaytarılmışdır. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz peşəkarlığını müharibə meydanında göstərdiyi kimi siyasi müstəvidə də göstərmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra imzalanmış üçtərəfli bəyanat əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilmişdir.
İşğal bitdikdən sonra Prezident İlham Əliyev çıxışında “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırırq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırırq. Bu, Zəfər tarixidir.” səsləndirmişdir.
Ağdam rayonunda olmuş xarici və yerli jurnalistlər çəkdiyi kardrları dünya arenlarına təqdim etmiş, burada törədilən vandalizmi bütün dünyaya çatdırmışdır. Ağdamın Qafqazın Xirosiması adlandırılması heç də boşuna deyilmiş bir söz deyildir, bütün mədəni və dini abidələrimiz erməni vəhşiliyinin qurbanı olmuş, təhqir və qarət edilmişdir.
Prezident İlham Əliyev işğal bitdikdən sonra dəfələrlə Ağdama səfərlər etmiş və verdiyi göstərişlər, imzaladığı sərəncamlar əsasında rayonunun bərpa planı hazırlanmış və təmir-tikinti fəaliyyətlərinə başlanılmışdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi təyin olunub.
Bəli, bu qələbə Müzəffər Ali Baş Komandanın qələbəsidir! Rəşadətli Azərbaycan ordusunun qələbəsidir! Öz canından, qanından keçən şəhidlərimizin qələbəsidir!
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova