Qubadlı azaddır!

Qubadlı azaddır!
Uzun müddət Qubadlı rayonu tarixdə Bərgüşad mahalı kimi tanınmışdır. XX əsrin 60- cı illərində qısa müddətlik Qubadlı rayonu ləğv edilərək Zəngilan rayonu ilə birləşdirilmiş, ancaq az sonra yenidən müstəqil rayona çevrilmişdir. 80- ci illərdə güclənən erməni hücumları 90- cı illərin əvvəllərində bir sıra rayonlarımızın işğalı ilə nəticələnmişdi. Bunlardan biri də Qərbdən Ermənistanla həmsərhəd olan Qubadlı rayonu olmuşdur. Əlverişli çoğrafi mövqedə yerləşən Qubadlı rayonu da mənfur düşmənin planının bir parçası idi. Qaçaq Nəbi, Həcər kimi qəhrəmanların doğma yurdu olan Qubadlı mənfur düşmənə qarşı son qüvvəsinə qədər mübarizə aparmasına baxmayaraq ətraf əraziləri artıq işğal edilmiş Qubadlı rayonu 1993-cü ilin avqustun sonunda düşmən tərəfindən işğal edildi.
30 ilə yaxın işğal altında qalan Qubadlının əvvəlki halından iz belə qalmamışdı. Rayon tamamilə ermənilər tərəfindən yağmalanmış, mədəniyyət abidələri dağıdılmış, evlər, yaşayış binaları dağıdılmışdı. 2020- ci il sentyabrın 27- də başlanan 44 gün davam edən Vətən müharibəsi zamanı Qubadlı rayonu və digər işğal edilmiş torpaqlarımızın azad edilməsi bütün xalqımız üçün xoşbəxtlik və sevinclə qarşılandı. Bu tarixi zəfərdir. Bu zəfər Xalqın, ordunun və Cənab Prezidentimizin birlikdə təmin etdiyi zəfərdir.
Azərbaycan xalqı hər zaman tarixi torpaqlarınızın geri qaytarılmasına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına inanırdı. Və hər kəs bu tarixə şahidlik etdi. Ədalətin bərpa olunması üçün aparılan mübarizə zəfərə daha çox layiqdir. Azərbaycan uzun illərdir heç bir təşkilatın bərpa edə bilmədiyi ədaləti bərpa etdi. Öz siyasəti, öz iradəsi, öz ordusu və öz gücü ilə.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər