44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qanı sayəsində, qazilərimizin sağlamlığı bahasına geri aldığımız ilk tarixi torpaqlarımızdan biri də Suqovuşan qəsəbəsidir. Suqovuşan qəsəbəsi Tərtər rayonu Çaylı kənd inzibati ərazisində yerləşir. Bu ərazilərin işğaldan azad olunması 2ci Vətən müharibəsinin gedişatında mühim strateji əhəmiyyətə malik olmuşdur. Qəsəbənin əlimizdə olması müzəffər ordumuzun gələcək əməliyyatlarında üstünlük təşkil edirdi. Suqovuşan qəsəbənin azad olunması bölgədəki strateji yollara da nəzarəti təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkətinə ciddi məhdudiyyətlər yaratdı. Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə isə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Ermənistan ordusu yenidən Suqovuşanı işğal edib.
Tarixi torpaqlarımızdan olan Suqovuşan qəsəbə ərazisi 3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. Suqovuşan qəsəbəsində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Burada həmçinin 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. Vətən müharibəsi zamanı Suqovuşanla birgə digər tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizin qarşısında baş əyirik!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Nərmin Hüseynova