Türk dünyasının birliyi, qardaşlığı gün-gündən möhkəmlənir. Hələ keçmiş sovet ittifaqının süqutundan sonra yaranan tarixi fürsəti zamanında dəyərləndirən türk xalqları əvvəlki böyük günlərinə qayıtmaq üçün məqsədyönlü tədbirlər həyata keçirdilər. 1992-ci ildə yenicə müstəqillik qazanmış qardaş dövlətlər Türkcə Danışan Ölkələr Zirvəsinə toplaşdılar. 2009-cu ildə isə Türk Dövlətləri Təşkilatını yaratdılar. Türk dövlətləri arasında münasibətlərin inkişafı o zamandan yeni mərhələyə qədəm qoydu. İkinci Qarabağ müharibəsi dönəmində digər türk dövlətlərinin dəstəyini yaxından hiss etdik. Azərbaycanın haqq savaşında Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan türk dövlətləri belə dəstəklədiklərini açıq şəkildə nümayiş etdirdilər.
Qeyd edək ki, bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin tarixi qədimdir. Azərbaycanlıları və qırğızları eyni kökə, mədəniyyətə malik olmaları, dil və din eyniliyi birləşdirir.
Bu iki ölkə - Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarında qurulub. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin mayında isə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Dövlət başçılarının səfərləri ikitərəfli münasibətlərin inkişafında xüsusilə böyük əhəmiyyətə malikdir. Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə yeni töhfələr vermək hər iki ölkənin məqsədidir.
Aprelin 24-də Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğız Respublikasının Prezidenti Sadir Japarov Azərbaycana səfərə gəldi. Qarşılanma mərasimindən sonra Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü keçirildi. Görüşdən sonra Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası oldu. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirildi. İmzalanma mərasimi başa çatandan sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında bildirilir: “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”.
Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuata bəyanatlında xüsusi olaraq qeyd edildi: “Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas Yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir”.
Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da siyasi-iqtisadi və mədəni əlaqələrini getdikcə genişləndirir. Qarşılıqlı səfərlər Bakı ilə Bişkek arasında əlaqələrin daha da inkişaf etməsi baxımından olduqca əhəmiyyətli və nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfədir..
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
coğrafiya müəllimi Sahilə Fərəcova