COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
COP29-un əhəmiyyətindən danışan dövlət başçısı bildirib: “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər”.
COP29-un sülh prosesinin nəticəsi olması da xüsusi olaraq qeyd edildi. Dövlət başçısı İlham Əliyev bu fikri təsdiqləyən amilləri də qeyd etdi. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.
Prezident İlham Əliyev vurğulayıb ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. Bu, asan olmayacaq. Çünki dediyim kimi, qaz hasilatı və ixracı artacaq. İqtisadiyyatın digər sahələrində ixrac üçün bizə bazarlar lazımdır. Bizim problemimiz ondan ibarətdir ki, müəyyən məhdudiyyətlər və kvotalar səbəbindən Avropa bazarına, Avropa İttifaqının bazarına və sair yerlərə asan çıxışımız yoxdur. Bizim üçün əsas bazarlar qonşu ölkələrdir. İlk növbədə, Rusiya qeyri-enerji məhsulları üçün əsas bazarımızdır və həm də Türkiyə. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, bizim çıxışımız da olmalıdır. Bunun üzərində işləyirik
“Ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir. Bu, bizim üçün əsas prioritetlərdən biridir. Bizim beynəlxalq tərəfdaşlarla xüsusi proqramlarımız var. Gənc nəslimizin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramı mövcuddur. Eyni zamanda, Azərbaycanda yüksək səviyyədə təhsil prioritetdir. Biz, həmçinin hər ikisini bir araya gətirməyə çalışırıq və hazırda xaricdə təhsil Prezident proqramı əsasında maliyyələşdirilir”- deyə o əlavə edib.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Aynurə Yusifli