Hazırda Azərbaycanda Cop29-un növbəti konfransı keçirilir

Hazırda Azərbaycanda Cop29-un növbəti konfransı  keçirilir Dünyada özünəməxsus strateji coğrafi mövqedə yer alan Azərbaycan da çox zəngin və yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı. Bunlardan biri 20 sentyabr 1994- cü ildə “Əsrin müqaviləsinin"nin imzalanması oldu. Bu iqtisadi müqavilə ilə dövlətimiz dünya iqtisadiyyatı üçün açıq olduğunu sübut etdi.
Son illər dünyada təbii ehtiyatların qorunması üçün “Yaşıl iqtisadiyyat” adı altında mühüm addımlar atılır. Onlardan biri “Cop”-dur. COP- BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıdır. İnsanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyun ayında Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi “Tərəflər Konfransı” deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. Azərbaycanın təşkilata sədrliyinə dair qərar Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib, bu qərar Azərbaycana olan etimadın təzahürüdür, həmçinin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.
Hazırda Azərbaycanda Cop29-un növbəti konfransı keçirilir. Bu məqsədlə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Prezident Cənab İlham Əliyev 01.03.2024 tarixində Azərbaycanda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində vurğulamışdır ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Dövlət başçısı həmçinin qeyd edib ki, “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Hazırda Azərbaycan 8 dövlətə qaz nəql edir, onlardan da altısı Avropa ölkəsidir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Tarix müəllimi Jalə Qurbanova


Oxşar xəbərlər