Ölkənin mövcud böhrandan xilas etmək üçün 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində yaranmışdı. Azərbaycanın ən yeni tarixinə 91-lər-in müraciəti kimi daxil olmuşdur. 91 nəfəri Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəddə əslində, bütün Azərbaycan xalqının arzusu ifadə olunmuşdu. 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 2-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Yeni Azərbaycan Partiyasının yaranmasından artıq 31 il ötür Ulu Öndər, dahi Lider Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”.
Ulu Öndərin yaratdığı bu partiya, davamlı inkişafın siyasi sabitliyinin təminatçısıdır. Partiya yarandığı gündən bu günə qədər şərəfli tarixi yol keçmişdir: Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqdisadiyyat, vətəndaş cəmiyyətini qurmaq ideyalarını qəbul edən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Ulu öndər Heydər Əliyevin prezident seçilməsi və 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə iqtidar partiyasına çevrildi.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydə alınmışdır. YAP-nın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu ildə dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. Ulu öndər Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilmişdir. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmışdır.
2000-ci ildə noyabr ayının 12-də MM-ə keçirilən seçkidə Yeni Azərbaycan Partiyası qalib gəlməklə 124 deputat yerindən 75-yer tutmuş,cəmiyyətdəki nüfuzunu daha da artırmışdır.
2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, Respublikanın Baş Naziri İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 2005-ci il mart ayının 26-da keçirilən III qurultayda Azərbaycan Respublikasının prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyev yetkilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.
Bizim artıq güclü dövlətimiz var. Müstəqil, Demokratik Azərbaycan dövləti. Bu gün ulu öndər Heydər Əliyev siyasi xətti davam etdirilir. Azərbaycanımızı nura çevirən bu siyasəti xəttin davamçısı, Yeni Azərbaycan Prtiyasının sədri cənab prezident İlham Əliyevdir. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası” Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada tayı bərabəri olmayan tarixi, siyasi və hərbi zəfərə imza atdı.Azərbaycan Ordusunun rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərindəki qətnaməsi icra olundu. Xalqımıza bu qüruru və bu xoşbəxtliyi yaşadan Ümumilli Lider Heydər Əliyev irsinin varisi və layiqli davamçısı,dövlət başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə sonsuz təşəkkür edirik.
Öz əməlində Ümummilli Liderimiz Heydər Əliyevin prinsiplərini əks etdirən Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri Qüdrətli Azərbaycan, güclü iqtisadiyyat Ədalətli Cəmiyyətdir!
Bilgəh qəsəbəs, 142 saylı tam orta məktəbin
Tarix müəllimi Xəyalə Bağırova