1992-ci il noyabrın 21-də Naxçıvanda bir qrup vətənpərvər ictimai xadimin təşəbbüsü və Heydər Əliyevin təşkilatçılığı ilə yeni bir siyasi partiya-Yeni Azərbaycan Partiyası(YAP) yaradıldı.Partiyanın təsis qurultayında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Mən sizə bir tarix müəllimi kimi Yeni Azərbaycan Partiyasının hansı tarixi şəraitdə yaranması və onun sonrakı fəaliyyəti barədə danışmaq istərdim. Belə ki,Yeni Azərbaycan Partiyasının yarandığı dövr Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin getdiyi,o cümlədən də torpaqlarımızın erməni işğalına məruz qaldığı bir dövr idi.Belə bir çətin tarixi şəraitdə partiyanın ictimai təşkilatlanması,siyasi proseslərə müdaxiləsi və siyasi proseslərdə fəal iştirakı çox vacib idi.Heydər Əliyevin siyasi imicindən və nüfuzundan ehtiyat edən siyasi qüvvələr onun siyasi partiya yaratmasından çox narahat idilər.Məhz bu səbəbdən də Bakıdakı siyasi qüvvələr Ulu öndərin Bakıya gəlməsini və Bakıda siyasi fəaliyyətlə məşğul olmasını müxtəlif yollarla əngəlləyirdilər.Onlar çox yaxşı başa düşür və anlayırdılar ki,Heydər Əliyevin Bakıya gəlişi ,siyasi fəaliyyətini Bakıda davam etdirməsi və xalqla bütövləşməsi ,onun ölkədəki ictimai-siyasi proseslərə fəal təsiri və müdaxiləsi ilə nəticələnəcək.Bu baxımdan da onlar hər vəclə buna mane olurdular.O zamanlar mən orta məktəb şagirdi olsam da ölkəmizdəki siyasi prosesləri izləyirdim.İndiki kimi yadımdadır,Heydər Əliyev SSRİ-nin süqutu ərəfəsində Naxçıvan Muxtar Respublikasına, öz doğmalarının yanına qayıdıb orada məskunlaşmışdı.Lakin xalqımızın düşdüyü o ağır vəziyyət ömrünü xalqının rifahına,xoşbəxt gələcəyinə həsr etmiş Ulu öndəri narahat etməyə bilməzdi.Bütün bunlara biganə qala bilməyib Bakıda siyasi fəaliyyətlə məşğul olmaq istəsə də o zamankı siyasi qüvvələr buna imkan vermədilər.Belə ki,o zamankı Ali sovetin(Milli Məclis) iclaslarının birində Heydər Əliyevin çıxışını yarımçıq kəsərək onun hətda zalı tərk etməsini tələb etdilər.Mən o zaman atamdan bunun səbəbini soruşdum.Atam mənə bildirdi ki,Heydər Əliyev çox güclü siyasətçi olduğu üçün ondan çəkinirlər və onun Bakıda qalmasını istəmirlər.
Bu hadisədən sonra Ulu Öndər yenidən Naxçıvana qayıtı və orada siyasi fəaliyyətini davam etdirməli oldu.Qısa müddətdə Yeni Azərbaycan Partiyasının həm üzvlərinin sayı arrtdı, həm də fəaliyyəti genişləndi.
1993-cü ilin məlum “iyun böhranı” zamanı vaxtıilə Heydər Əliyevin Bakıda qalmasını istəməyən qüvvələr özləri xalqın tələbi ilə onu Bakıya dəvət edib siyasi hadisələrə müdaxilə etməsini istədilər.Qısa müddətdə ölkədə siyasi sabitlik yaradan Ulu Öndər 1993-cü ilin prezident seçkilərində yüksək səs çoxluğu ilə qalib gələrək Azərbaycan Respublikasının prezidenti seçildi.Onun ölkəmizdə yenidən siyasi hakimiyyətə gəlişi Yeni Azərbaycan Partiyasınn da çiçəklənməsinə səbəb oldu.Belə ki,partiyanın sıraları genişləndi,minlərlə ziyalı,müəllim,həkim,hüquqşünas,sravi işçilər və.s.digər peşə sahibləri partiyanın sıralarını genişıəndirdilər.Respublikamızın hər bir şəhər,rayon və qəsəbələrində yeni Azərbaycan Partiyasının təşkilatları yaradıldı və üzvlərinin sayı günügündən artdı.
Ulu öndərin vəfatından sonra onun layiqli davamçısı cənab İlham Əliyev partiyanın növbəti qurultayında partiyanın sədri seçildi.İlham Əliyevin partiyaya sədrlik etməsi sanki yeni bir nəfəs gətirdi.Belə ki,partiyanın sıralarında gənclərin sayı artdı.Buna əsas səbəb cənab prezidentin uğurlu Gənclər siyasəti olmuşdur. Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında minlərlə Azərbaycan gənci var və onların əksəriyyəti ölkəmizdəki ictimai-siyasi hadisələrdə fəal iştirak edirlər.
2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixində yeni bir mərhələ başladı.Belə ki,5 mart 2021-ci ildə YAP-ın VII qurultayı keçirildi.qurultayda partiyanın yeni nizamnaməsi qəbul edildi.Qəbul edilən qərara əsasən idarə heyyətinin 40 nəfərdən ibarət üzvü,Təftiş komisiyası və veteranlar şurası təsdiq edildi.Hal- hazırda partiyanın üzvlərinin sayı 800.000 -ə çatır.
Mən bir tarix müəllimi kimi siyasi baxımdan hər zaman neytral mövqe tutsam da,2020-ci ilin sentyabrrında başlanan Vətən müharibəsində cənab prezident,silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağı qərara aldım.Bu məqsədlə YAP-ın Sabunçu rayon təşkilatına müraciət etdim və 2021-ci ildən YAP Sabunçu rayon təşkilatının üzvüyəm.
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər əliyev yolu ilə addımlayan,Azərbaycançılıq ,milli mənəvi dəyərlərə,humanizmə,şəffaflığa söykənən bir siyasi təşkilat olmaqla ölkəmizin hakim siyasi partiyasıdır!!!
Müəllif: Məmmədov Faiq Arif oğlu
Bakı Şəhəri 255 nömrəli tam orta məktəbin Tarix müəllimi