YENİ AZƏRBAYCAN PARTİYASI-dünənin, bu günün və gələcəyin partiyasıdır!!!
Dahi lider, Ulu Öndər, firavan Azərbaycanın qurucusu Heydər Əliyev Yeni Azərbaycan Partiyasını təsis edərkən onun fəaliyyət mahiyyətini məhz bu cümlə ilə ifadə etmişdir.
1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən siyasi hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq xalqı bir amal uğrunda birləşdirəcək partiyanın yaranması zəruri, qaçılmaz idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir tarixi şəraitdə, ölkənin taleyini düşünən ziyalıların təşəbbüsü və xalqın sınanmış lideri, müdrik oğlu Heydər Əliyevin ətrafında birləşmələri ilə yarandı. Ulu Öndərə müraciət etmiş məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində ölkədə gedən dağıdıcı proseslərin qarşısı alındı. Və onların bu təşəbbüsü Azərbaycanın ən yeni tarixinə xalqın arzu və istəklərinin ifadəsini təsdiq edən yeni bir partiyanın əsasının qoyulması kimi daxil oldu.Azərbaycanın bütün regionlarından seçilmiş 550 təmsilçi və Heydər Əliyevin iştirakı ilə 1992-ci il 21 noyabrda konfrans keçirildi. Burada partiyanın Proqram və Nizamnaməsi qəbul olundu və Ulu Öndər sədr təyin edildi. YAP təsis olunarkən müxalifət partiyası kimi fəaliyyət göstərirdi, lakin 1995-ci ildə Parlament seçkilərində qalib gəldikdən sonra iqtidar partiyası olaraq fəaliyyətinə davam etmişdir. “Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyıasi sabitliyin təminatçısıdır” deyən Ümummilli Lider 1993-2003-cü illərdə partiyaya rəhbərlik etmişdir. Dahi liderin siyasi hakimiyyəti yalnız xalq iradəsinə əsaslanırdı. İlk əvvəl onun, daha sonra Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya keçən 29 il ərzində sadəcə bir amala-Müstəqil Azərbaycanın çiçəklənməsinə və rifahına xidmət etmiş, bu illər ərzində şərəfli və uğurlu inkişaf yolu qət etmişdir. YAP-ın rəsmi rəmzinin təsvirində ağ bayrağın ortasında göy rəngdə dəfnə ağacı, onun ortasında isə səkkizguşəli ulduz yerləşir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi yarandığı gündən partiyanın əsas vəzifəsi olaraq qalmaqdadır. 29 il ərzində YAP-ın yeddi qurultayı keçirilmişdir. 2021-ci il 5 martda keçirilmiş son qurultayda indiyə qədər toplanmış müsbət təcrübənin qorunması məsələsi ön plana çəkilmişdir. İndidən sonra da görüləcək işlər ölkənin uzunmüddətli inkişafını təmin etməli və dövlətin maraqlarını daim qorumalıdır.
Respublikamızın regional təşəbbüslərinin əhəmiyyəti ildən ilə artır. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığına görə YAP hakim
partiya olaraq öz fəaliyyətini adekvat qurmağa davam edir və etməlidir. VII qurultayda qəbul edilmiş qərar əsasında YAPın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası təsdiq edilmiş, həmçinin partiyanın yeni proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması işi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. YAP-ın bu və bundan sonrakı təşəbbüsləri ölkəmizin gələcək siyasi sisteminin təkmilləşdirilməsi üçün çox əhəmiyyətlidir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Vahid qızı