
” “RİA Novosti” xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“O, Moskvaya danışıqlara dəvət edilib, kapitulyasiya üçün yox”, - Peskov qeyd edib.
Onun sözlərinə görə, bu, Putinin dəvəti idi və Moskva Zelenskinin bu təklifi qəbul etmədiyini gördü.
Qeyd edək ki, V.Putin sentyabrın 3-də Çinə səfəri zamanı V.Zelenskini Moskvaya dəvət edib. Putin bildirib ki, belə bir görüş keçirməyi ondan ABŞ Prezidenti Donald Tramp istəyib. “Zelenski Moskvaya gəlməyə hazırdısa, bu görüş baş tutacaq”, - Rusiya lideri demişdi. Zelenski isə cavabında Moskvanın bu dəvətinin Rusiyanın əslində görüşün keçirilməsini istəməməsi demək olduğunu vurğulayıb.