30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm QƏLƏBƏ xəbərini gözlədi

30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm QƏLƏBƏ xəbərini gözlədi
Ali Baş Komandan, cənab prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla Azərbaycan xalqına tarixi qürur yaşadıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Böyük qələbədən sonra Xankəndi və Xocalı da daxil olmaqla, bəzi ərazilərdə rus sülhməramlıların yerləşdirilməsindən sui-istifadə edən ermənilərin getdikcə artan iddiaları, Zəfərimizə kölgə salmaq istəkləri, hətta “müstəqillik” iddialarını davam etdirmələri, ərazimizdən min kilometrlərlə uzaqda olan güclərə, o cümlədən Rusiyaya arxalanıb, yeni bir münaqişə ocağı yaratmaq və yaxud artıq həll edilmiş münaqişəni “qoruyub saxlamaq” cəhdləri azalmadı.
30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi.
Azərbaycan Prezidenti İlham Əliyev həm ən yüksək beynəlxalq arenalarda, diplomatik danışıqlarda ard-arda siyasi qələbələr qazandı, eyni zamanda yerdə addım-addım ərazi bütövlüyümüzün tamamlanması istiqamətində əhəmiyyətli həmlələr etdi.
15 oktyabr 2023-cü il Azərbaycan üçün müstəqilliyinin özü qədər müqəddəs gündür. Bu müqəddəs gün tariximizdə İlham Əliyevin hakimiyyətə gəldiyi günü simvolizə edir.
Dövlətimizin başçısı Xankəndi şəhərində çıxışında demişdir:” Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
direktoru Kəmalə Məmmədova

Oxşar xəbərlər