Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət

Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

O böyük Qələbə günü gəldi...

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi “Qarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsidir. Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu gün biz ermənilərinin bizə qarşı yönəlmiş bir çox terorunun qarşısını “Dəmir yumruq” damğası ilə aldıq. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Türkiyə-Azərbaycan münasibətlərində hər zaman ulu öndər Heydər Əliyevin “iki dövlət bir millət” şüarını rəhbər tutulub. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Son olaraq qəhrəman oğullarımız ele bir tarix yazdılar ki, bu anlar hər bir vətandaşın yaddaşına əbədi olaraq qazıldı. Onların bizə qazandırdığı üstünlüklərin əvəzi ödənməyəcək qədər böyük sərvətlərdir.

Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin

tarix müəllimi Kamilə Qurbanova


Oxşar xəbərlər